Daşkəsən rayonunun Xoşbulaq kəndində "İncəsənət təbiətin qorunmasında bir vasitə kimi" adlı beynəlxalq layihə həyata keçirildi


21-29 İyun 2015-ci il tarixlərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Beynəlxalq Könüllülük Proqramı Departamenti tərəfindən "Art as a tool of caring nature" ("İncəsənət təbiətin qorunmasında bir vasitə kimi") adlı beynəlxalq düşərgə həyata keçirildi.

 Layihənin keçirilməsində məqsəd insanların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, gənclər arasında təbiətin qorunmasını təbliğ etmək idi.

Düşərgənin ilk günü əcnəbi könüllülərlə birlikdə yerli gənclər Xoşbulaq kəndinin meşə massivində təmizlik aksiyası həyata keçirdilər. Layihə daxilində həmçinin məişət tullatılarının atılması üçün meşənin müxtəlif yerlərində zibil qabları da yerləşdirildi.

Müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan 18-30 yaş arası 10-na yaxın gəncin iştirak etdiyi düşərgə çərçivəsində meşə ərazisindən toplanmış zibillərdən müxtəlif incəsənət nümunələri də hazırlandı. İstifadə olunan əsas material ağac qırıntıları olsada, təmizlənmə zamanı təsis olunan digər maraqlı materiallardan da istifadə olundu. Sonda könüllülər təbiətə qayğının artılması üçün yerli əhalinin də cəlb olunduğu ekoloji təmizlik kampaniyası təşkil etdilər.

Qeyd edək ki, bu ekoloji düşərgə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin son 2 ildə həyata keçirdiyi sayca 5-ci ekoloji layihəsidi.

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 

 


30.06.2015 12:42