Erasmus+ Proqramı Çərçivəsində Gənclərimiz Ölkəmizi təmsil edib


Avropa Komissiyasının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində həyata keçirilən və “Gələcəyə Körpü”nün əməkdaş olduğu “Hər kəs  fərqli – hər kəs bərabər” adlı layihədə gənclərimiz Rövşən Hüseynov, Tahir Abbasov, Gülnar Fazilqızı ölkəmizi və Birliyi təmsil ediblər.

16-22 May  2017-ci il tarixlərini əhatə edən Türkiyənin Gaziantep şəhərində  təşkil olunan layihədə Rusiya, Rumıniya, Azərbaycan, Tunis, Yunanıstan, Gürcüstan, Almaniya, Türkiyə və Hollandiya olmaqla ümumilikdə 27 gənc iştirak edib.

Layihənin  məqsədi gənclər təşkilatları və gənclərlə işləyən qurumların nümayəndələri arasında  könüllülük sahəsində mədəniyyətlərarası öyrənmə üsul və vasitələrini paylaşmaq, bacarıq və qabiliyyətlərini inkişaf etdirməkdir.

Mövzular qeyri-formal təhsil metodları vasitəsilə oyunlar, təqdimatlar və qrup işləri ilə təşkil olunub.

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator


22.05.2017 14:04