Bütün xəbərlər →

"Gələcəyə Körpü" “MOJU Gənclər Universiteti” adlı təlim kursunda təmsil olunub16-21 Mart, 2015-ci tarixlərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Portuqaliyanın Olhao şəhərində 25 müxtəlif ölkədən 50 nəfər gənc liderlərin iştirakı ilə həyata keçirilən “MOJU Gənclər Universiteti” adlı təlim kursunda 2 nəfərlə təmsil olunmuşdur. “MOJU Gənclər Universiteti” layihəsi 8 gün davam edən və müxtəlif regionlardan: Avropa İttifaqı, Cənub-Şərqi Avropa, Şərqi Avropa, Qafqaz və Aralıq Dəniz Tərəfdaşlıq ölkələrindən olan gənc liderlərin debat, şəbəkələşmə, təlimlərin həyata keçirildiyi, peşəkar və şəxsi təcrübələrin mübadiləsi ilə baş tutan təlim kursu formasında təşkil olunub. Layihə çərçivəsində iki müxtəlif mövzuda təlim kursu: “Məhdud imkanlı gənclərlə bağlı fəaliyyətlərin həyata keçirilməsində idarəetmə bacarıqlarının inkişaf etdirilməsi” və “Erasmus+ Proqramı çərçivəsində mübadilə layihələrinin idarə edilməsi” həyata keçirilmişdir ki, hər layihədən 25 nəfər iştirakçı yararlana bilmişdir. Layihələrin həyata keçirilməsində əsas məqsəd liderlərin gənclər işində, xüsusilə də mədəniyyətlərarası mübadilə mühitində qeyri-formal təhsil üsulları ilə həyata keçirilən layihələrin idarə edilməsi prosesində onların bacarıqlarının və təcrübələrinin artırılması olmuşdur. Bundan başqa həyata keçirilmiş universitetin əsas prioritet vəzifəsi yeni təsis edilmiş “Avropa İttifaqı Erasmus+ 2014-2020” Proqramı çərçivəsində məhdud imkanlı gənclər üçün həyata keçiriləcək layihələrin effektivliyinin və keyfiyyətinin artırılması olub. 26.03.2015 - 15:24
Gənclərin Mübadiləsi və Anlaşması Şəbəkəsi üzv təşkilatların nümayəndələrini bir araya toplayırLitvanın Kaunas şəhərində Gənclərin Mübadiləsi və Anlaşması Şəbəkəsi (GMA) (Youth for Exchange and Understanding- YEU) üzv təşkilatların nümayəndələrini “Gender Əsaslı Zorakılığa yox deyək! adlı beynəlxalq layihə çərçivəsində bir araya toplayır. 9-16 fevral 2015-ci il tarixlərini əhatə edən layihədə ölkəmizi “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin üzvü Təbriz Rzayev və Yeganə Şirinova təmsil edir. Gender Əsaslı Zorakılıq bu gündə dünyanın bütün ölkələrində mövcuddur. Yaş, mədəniyyət, sosial-iqtisadi vəziyyəti, təhsil səviyyəsi və vətəndaşlıq ilə heç bir əlaqəsi yoxdur, o cümlədən gender kapitalına qarşı çox ciddi maneə olaraq qalır və insan hüquqlarının pozuntusu kimi tanınır. Layihənin məqsədi tərəfdaşlar arasında gender zorakılığına qarşı müxtəlif təcrübə və halları bölüşmək, gender zorakılığını anlamaq və onun qarşısını almaq üçün yerli və milli səviyyədə fəaliyyət planları hazırlamaqdı. Gələcəkdə təlimin nəticəsi olaraq fəliyyətlərdən bəhs edən nəşr yaradılacaq. 20 ölkənin nümayəndəsinin iştirak etdiyi layihə müxtəlif ölkələrin, mədəniyyət və adət-ənənələri arasında tolerantlıq yaratmaq, məlumatlılığı artırmaq, dünya gəncləri arasında sülh və əməkdaşlığı inkişaf etdirmək məqsədilə yaradılan YEU tərəfindən maliyyələşdirilir. 14.02.2015 - 13:47
Birlik nümayəndəsi “Gənc liderlər üçün seminar”da iştirak edibGürcüstanın Kvareli şəhərində təşkil olunan “Gənc liderlər üçün seminar” adlı beynəlxalq layihədə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyini və Ölkəmizi Avropa Könüllülük Xidməti (EVS) üzrə Birliyin Koordinatoru Hüseynxan Hacızadə təmsil edib. 09.02.2015 - 18:24
Gənclərimiz Beynəlxalq Layihədə iştirak edirlər“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin üzvləri Fransada – 10 -19 Dekabr tarixlərini əhatə edən, ERASMUS+ proqramı çərçivəsində “Gənclər sağlam həyat tərzinin təbliğində” adlı Beynəlxalq layihədə ölkəmizi təmsil edirlər. 10 ölkədən 30 gənci bir araya toplayan layihəyə idmanla maraqlanan, videoqrafiya ilə işləməyi bacaran, ictimaiyyətin diqqətini sağlam həyat tərzinə yönəltmək üçün öz işlərində fəal olan gənclər cəlb olunublar. Beynəlxalq təlim kursunun məqsədi layihə zamanı öyrəniləcək olan video üsullar vasitəsilə qısa videolar hazırlayaraq sağlam həyat tərzini təbliğ etməkdi. Hazırlanmış videolar media kanallarında yayımlanacaq, təlimin sonunda Fransanın mərkəzində Lille şəhərində iştirakçılar tərəfindən sağlam həyat tərzini təbliğ etmək üçün flashmob təşkil olunacaq. 16.12.2014 - 16:20
“Beynəlxalq Könüllülük günü” ilə bağlı sərgi təşkil olundu5 dekabr Beynəlxalq Könüllülük günü ilə bağlı olaraq “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində “Könüllülük sərgisi” təşkil olundu. Sərginin təşkil olunmasında məqsəd Beynəlxalq Könüllülük gününü gənclərimizlə birlikdə qeyd etmək, könüllüklə bağlı məlumatlandırmaq, faydalarından bəhs etməkdi. 06.12.2014 - 16:29
Birliyin Baş Katibi “Gənclərin mübadilə və anlaşması” (YEU) şəbəkəsinin Ümumi Yığıncağında iştirak edir28- noyabr 1-dekabr tarixlərində Belçikanın Brugge şəhərində “Gənclərin Mübadilə və Anlaşması” (YEU) şəbəkəsinin 2014-cü il üçün İdarə heyətinin “Ümumi yığıncağı” keçirilir. Yığıncaqda 2013-2014-cü illər üzrə şəbəkənin İdarə heyətinin üzvü, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Baş Katibi Seymur Vəliyev də iştirak edir. Ümumi yığıncağın təşkilində məqsəd idarə heyətinə yeni üzvlərin seçilməsi, 2014-cü il üçün təşkilatın və idarə heyətin hesabatını dinləmək, növbəti il üçün strateji və iş planının təqdim olunmasıdı. 29.11.2014 - 23:56
“Gələcəyə Körpü” “Gənclər işində innovativ təlim metodları” adlı tədbirində təmsil olunur21-28 noyabr tarixində Belçikanın Brugge şəhərində “Gənclərin Mübadilə və Anlaşması” (YEU) şəbəkəsi üzv olan təşkilatların gənclərini bir araya toplayaraq “Gənclər işində innovativ təlim metodları” adlı təlim kursu həyata keçirir. Təlimdə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyini və Ölkəmizi Birliyin EVS Koordinatoru Hüseynxan Hacızadə təmsil edir. 26.11.2014 - 14:37
“Gələcəyə Körpü” GİB Ümumdünya Uşaqlar Gününü uşaqlarla birlikdə qeyd etdi20 noyabr “Ümumdünya Uşaqlar Günü” münasibətilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə SOS uşaq kəndində uşaqların və Birliyin könüllülərinin iştirakıyla əyləncəli tədbir təşkil olundu. Tədbirin təşkil olunmasında məqsəd əlamətdar günü uşaqlarla birlikdə qeyd etmək, onlar üçün əyləncəli oyunlar təşkil etmək, uşaqların cəmiyətimiz və dövlətimizin gələcəyi üçün əhəmiyyətini vurğulamaqdı. Uşaqlar gənclər tərəfindən təşkil olunan müxtəlif əyləncəli oyunlarda, viktorinalarda iştirak etdilər. 23.11.2014 - 00:02
Milli Dirçəliş Günü ilə bağlı Dəyirmi Masa təşkil olundu 17.11.2014 - 19:15
Birliyin Müzakirə Klubu Gəncləri bir araya toplayır 07.11.2014 - 01:27
“Gələcəyə Körpü” EVS Koordinatorların görüşündə təmsil olunur 23.10.2014 - 15:56
Birlik üzvləri Beynəlxalq layihədə iştirak edirlər“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin 3 fəal üzvü Sədaqət Təhməzova, Nuran Əzizli və Orxan İsmayılov 11-19 oktyabr tarixlərində, Gürcüstanın Kabuleti şəhərində“Mədəniyyətlərarası gənclər işi : yerli və beynəlxalq ölçüləri arasında müştərək fəaliyyət” adlı beynəlxalq layidə iştirak edirlər. 17.10.2014 - 14:23
Gənclərimiz Bolqarıstanda AKX (EVS) proqramı çərçivəsində fəaliyyət göstərirlər 07.10.2014 - 13:53
Gənclərimiz “Gənclər işində keyfiyyətin artırılması üçün təlim kursu” adlı layihədə iştirak ediblər 17.09.2014 - 14:53
"Gələcəyə Körpü" beynəlxalq arenada təmsil olunub 17.09.2014 - 01:42