Futbolu xanımlarda sevir


 “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi gənclərin asudə vaxtini səmərəli keçirtmək məqsədi ilə təşkilatın üzvləri,könüllüləri və işçi heyyəti arasında mini futbol yarışı keçirəcək.


Birliyin Fan klubunun təşəbbüsü ilə sözü gedən mini futbol yarışına mart ayının 6-da start veriləcək.Yarışın keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili,gənclər arasında saglam həyat tərzinin təbliği və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir.Bu tədbiri fərqləndirən cəhət isə eyni komandanın tərkibində 3 bəy və 3 xanım iştirakçının şərti olaraq olmasıdır.Ümumilikdə yarışda 6 komandanın iştirak edəcəyi gözlənilir.

Həmçinin bu yarışda iştirak edəcək gənclərdən ibarət komanda hazırlanacaq ki,həmin komandalar Novruz bayramına həsr olunacaq “Gənclər Futbolda” adlı turnirə qatılmaq şansı əldə edə biləcəklər.

Qeyd edək ki yarışda iştirak etmək üçün son muraciyyət tarixi martın ayının 3-dür.

 

Qeydiyyat üçün aşağıdakı nömrələr ilə əlaqə saxlayaraq qeydiyyata düşə bilrəsiniz.

 

 

Məsul şəxs:

Mikayıl Əlizadə

(+994 55) 351-21-30

(+994 50) 760-20-30

CTRL + Q to Enable/Disable GoPhoto.it

27.02.2013 15:08