"Gələcəyə Körpü" beynəlxalq arenada təmsil olunub


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin üzvləri 8-14 sentyabr tarixində Belçikanın Dilbek şəhərində  baş tutan “Gənclər, müxtəliflik, dialoq : Gənc işçilər, təlimçilər üçün mədəniyyətlərarası təlim kursu” adlı Beynəlxalq layihədə ölkəmizi və Birliyimizi təmsil ediblər.

Beynəlxalq təlim kursunda ümumilikdə 8 ölkədən 24 nəfər iştirak edib. Mədəniyyətlərin təqdimatı, gənclərin bir arada müxtəlifliyə aid oyunlar və müzakirələri, təşkilatların təqdimatı layihənin proqramına daxil olub.

Layihənin məqsədi qarşılıqlı əməkdaşlıq üçün zəmin yaratmaq, mədəniyyətlərarası problemlərin araşdırılması və öyrənilməsi, ümumi təcrübələri paylaşmaq və faydalanmaq. İştirakçıların interaktiv öyrənmə metodları vasitəsilə mədəniyyətlərarsı fəaliyyəti və strategiyaların öyrənilməsi, bu mədəni müxtəlifliyin öz ölkələrində təbliğ və gələcəkdə tətbiq olunması layihənin vəzifələri sırasındadır.

 


Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi



17.09.2014 00:42