"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi Gəncinin Növbəti Uğuru


   SALTO  ŞAQÖ (EECA)  Mübadilə Şəbəkəsi regionlarda Gənclər Proqramının inkişafına dəstək, eləcə də Şərqi Avropa və Qafqaz ölkələrində həyata keçirilən GƏNCLƏR layihələrinin təqdimatı və keyfiyyətinin artırılması məqsədilə 2004-cü ildə yaradılmış bir şəbəkədir. SALTO  ŞAQÖ (EECA)  Mübadilə Şəbəkəsi müxtəlif dəyərləri və yaşamı özlərində  birləşdirən könüllülərdən ibarət  yerli komanda və beynəlxalq işçi qruplarından ibarətdir. İlkin olaraq, şəbəkə 7  ŞAQÖ (EECA) ölkəsindən bir neçə qeyri-hökumət təşkilatlarının nümayəndəsi olan 20 fəal üzvü ətrafında toplayaraq fəaliyyətə başlamışdı.

  Qeyd olunan Mübadilə Şəbəkəsinin Azərbaycan üzrə multiplieri “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Proqram Meneceri Seymur Vəliyev  seçilmişdir.

Əlavə məlumat olaraq qeyd edek ki, Şəbəkənin yaradılmasında əsas məqsədi regionda və  Gənclər Fəaliyyət proqramı  çərçivəsində əməkdaşlığın səviyyəsinin dəstəklənməsi, ŞAQÖ (EECA) və onun hüdudlarından kənarda yerli və xarici gənclərlə birgə iş  fəaliyyəti keyfiyyətinin yüksəldilməsi, Avropa dəyərlərinin qeyri-formal təhsil prinsipləri əsasında  təbliği (mədəni müxtəliflik, insan hüquqlarına hörmət, demokratiya, tolerantlıq), maddi vəziyyəti çətin olan gənclərə Gənclər Fəaliyyət proqramı çərçivəsində  beynəlxalq əməkdaşlığa cəlb olunmasına dair geniş və xüsusi imkanlar yaradılması, ərazilərdə gənclərin Milli və Avropa səviyyəsində maraqlarının qorunması və daha geniş siyasi çərçivəsinin formalaşdırılmasına dəstək (Avropa Qonşuluq Siyasəti kimi, Şərq Tərəfdaşlığı və digərləri), Avropa / Beynəlxalq əməkdaşlıq (milli, regional, yerli hakimiyyət orqanları, özəl sektor, digər beynəlxalq təşkilatlar) təbliği üçün milli səviyyədə potensialı səfərbər etmək, məqsəd, istiqamət və davamlılığın artımına dair birgə təlim imkanlarının yaradılması mübadilə fəaliyyətinin keyfiyyət göstəricilərinin yüksəldilməsidir.

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi


01.11.2013 12:51