"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi İtaliyada beynəlxalq tədbirdə təmsil olunacaq.


"Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin Proqram Meneceri Seymur Vəliyev İtaliyada keçiriləcək tədbirdə ölkəmizi təmsil edəcək. 06-10 fevral tarixlərində Avropa Kommisyasının Avropa Könüllülük Xidməti(EVS) proqramı çərçivəsində İtaliyada baş tutacaq beynəlxalq tədbirin əsas məqsədi akriditasiyadan keçmiş üzv təşkilatların fəaliyyəti haqqında hesabat,avropa və qafqaz ölkələrində könüllülük işini genişləndirmək və könüllülü olmaq istəyən gənclərin qəbul edilməsi və göndərilməsi işlərini daha da artırmaqdan ibarətdir.

Tədbirdə Azərbaycanla yanaşı Xorvatiya,İslandiya,Lixtenşteyn,İtaliya,Litva,Luksemburq,Polşa,Sloveniya,Estoniya,Fransa,Almaniya  və İsveçrədən olmaqla ümumilikdə 30 nəfər gəncin ölkələr üzrə proqram koordinatorları görüşdə iştirak edəcək.

Əlavə məlumat üçün bildirək ki,ilkə imza atan "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi regionda ilk dəfə olaraq Avropa Könüllülük Xidməti proqramı çərçivəsində akriditasiyadan keçmişdir.


06.02.2013 21:26