"Gələcəyə Körpü" GİB Bakıda beynəlxalq təlim kursu həyata keçirdi.


9-17 sentyabr 2019-cu il tarixlərində Bakı şəhərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində “Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” layihəsinin “Gənclərin iştirakı ilə icma inkişafı” adlı növbəti beynəlxalq təlim kursu həyata keçirildi.

Təlim kursunda Azərbaycan, Litva, Bolqarıstan, İsveç, Makedoniya, Niderland Krallığı, Gürcüstan, Ukrayna, Moldava və Belarusiyadan olan ümumilikdə 26 nəfər nümayəndə iştirak etdi. Keçirilən tədbir çərçivəsində gənclər qeyri-formal təhsil üsulları əsasında icma inkişafı mövzunda müzakirələr, təqdimatlar, qrup işləri, araşdırmalar və digər fəaliyyətlər həyata keçirdilər. Yerli gənclərin icma inkişafı istiqamətində uğurlu fəaliyyətinin praktiki təcrübəsi kimi tədbir iştirakçıları Sabunçu Gənclər Evinə (Sabunçu Gənclər Evi / Sabunchu Youth House) səfər etdilər. Səfərdə Gənclər Evinin fəaliyyətləri, klubları və gənclər üçün yaradılan imkanları haqqında ətraflı məlumat verilib və əcnəbi iştirakçılar Gənclər Evində icra edilən proseslərlə ətraflı tanış oldular.

#ErasmusPlus #geleceyekorpu #SGE #youthledcommunity #YRCGanja #yrc

21.09.2019 13:03