Son xəbərlər →
Elanlar →
"Gələcəyə Körpü" GİB-nin nümayəndə heyəti Rumıniyada beynəlxalq tədbirdə iştirak edib.
"Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin gənclərdən ibarət nümayəndə heyəti 22-30 sentyabr, 2019-cu il tarixlərində Rumıniyanın Krayova şəhərində baş tutan Erasmus+ Gənclər Mübadiləsi layihəsində iştirak edib.
Layihənin həyata keçirilməsində əsas məqsəd iştirakçıların şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirmək, işə qabulolma və məşğulluq haqqında məlumatlarını artırmaq və Erasmus+ Gənclər Proqramının imkanları haqqında onları maarifləndirmək idi.
Tədbirdə Azərbaycan, Gürcüstan, Moldova, Rumıniya və Türkiyədən gənclərin iştirak etdiyi layihə məşğulluq və işaxtarma mövzularını əhatə edib.
Layihə Avropa Komissiyasının Erasmus+ Gənclər Proqramı tərəfindən maliyyələşdirilib.
Hörmətlə,
Şamil Möyləyev
İctimaiyyətlə Əlaqələr üzrə Koordinator
“Gələcəyə Körpü" Gənclər Birliyi