"Gələcəyə Körpü" GİB "Region gəncləri müasir çağırışların fəal iştirakçısı kimi" layihəsinə start verdi.


            28 dekabr 2018-ci il tarixində Göygöl rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və "Gələcəyə Körpü" GİB-in təşkilatçılığı ilə icra edilən “Region gəncləri müasir çağırışların fəal iştirakçısı kimi” adlı layihənin ilk seminarı baş tutdu.

            Layihənin əsas məqsədi ölkənin qərb regionunda yerləşən 9 rayonda yeniyetmə və gənclərə keçiriləcək seminarlar vasitəsilə onların şəxsi və peşəkar inkişaflarına təkan vermək, ictimai və sosiallığını gücləndirmək və gənclər üçün yaradılan xidmət və imkanlar haqqında onları maarifləndirməkdir.

            Layihə çərçivəsində həmin regionlara səfərlər ediləcək və hər birində 2 gün olmaqla 25 nəfər rayon gəncinə müvafiq mövzularda - ictimai fəallıq, könüllülük, liderlik, sosial sahibkarlıq və Startap, gənclər üçün yaradılan imkanlardan yararlanma (Gənclər Fondu və təklif etdiyi imkanlar, Gənclər Evləri və onların fəaliyyətləri və s.), beynəlxalq tədbirlərdə iştirak və təmsilçilik, o cümlədən gənclər siyasəti mövzularında maarifləndirici seminarlar keçiriləcəkdir.

 

 

Hörmətlə,

 

Şamil Möyləyev

 

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi”

 


09.01.2019 00:19