"Gələcəyə Körpü" GİB Ruminiyada təmsil olunub.


 

         Avropa Komissiyasının Erasmus+ Gənclər Proqramı çərçivəsində “Gələcəyə Körpü” GİB-nin əməkdaş olduğu “Regionlarda eko gənclər” adlı beynəlxalq layihədə gənclərimiz  ölkəmizi və Birliyi təmsil ediblər.

        8-15 sentyabr, 2018-ci il tarixlərində Ruminiyanın Bistrita-Nasaud bölgəsində təşkil olunan beynəlxalq gənclər mübadiləsi layihəsində Azərbaycan, Rumıniya, Makedoniya və Polşadan olan ümumiləkdə 24 nəfər gənc iştirak edib.

        Layihənin  məqsədi iştirakçi ölkə gənclərinin ekologiya və ətraf mühitin təmiz saxlanılması və qayğı göstərilməsi istiqamətində maarifləndirilməsi, o cümlədən müxtəlif növ praktiki fəaliyyətlərin icrasi ilə (ağac əkilməsi, yenidən emal və s.) onların praktiki təcrübəsini inkişaf etdirməkdir.

 Hörmətlə,

 Təhminə Quliyeva

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi


19.09.2018 17:04