Son xəbərlər →
Elanlar →
"Gələcəyə Körpü" Rəssamlıq Kursu iştirakçıların qəbulunu elan edir
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyində şəkil çəkməyə həvəsi olan, lakin peşəkar çəkməyi bacara bilməyən, rəsm çəkməyin sirrlərini öyrənmək istəyən gənclərimiz üçün “Rəssamlıq Kursu” fəaliyyətə başlayacaq.
Kursun təşkilində əsas məqsəd rəssamlığa marağı olan gəncləri bir araya toplamaqla onların məşğulluğunun təmin edilməsi və bu sahəyə olan qabiliyyətlərinin inkişaf etdirilməsindən ibarətdir.
Kurslarda iştirak üçün ərizə formasını tamamlayıb qeydiyyatdan keçmək vacibdi.
QEYD: Qeydiyyat üçün son müraciət tarixi 10/11/2014-cü ildir.
Əlavə məlumat üçün Birliyin ofisinə müraciət edə bilərsiniz.
Ünvan: Gəncə şəh, Vaqif küç.135. (köhnə şahmat məktəbinin
binası)
Tel/fax: +(994 22)2568015,
E-mail: office@bf-az.org;
Web: www.bf-az.org