"Gələcəyə Körpü" vasitəsilə göndərilən daha bir gənc Avropada AHK könüllülük layihəsində iştirak edib.


Erasmus+ Avropa Həmrəylik Korpusu (ESC) Proqramı çərçivəsində "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən dəstəklənən və göndərilən Vuqar Məmmədov Estoniyada uzun müddətli könüllülük fəaliyyətini yekunlaşdırıb.

Estoniyanın Tartu (Maarja Kula) şəhərində icra edilən layihədə könüllümüz Maarja bölgəsində yerli sakinlər üçün müxtəlif növ sosial fəaliyyətlərin icrasına cəlb olunub və öz təşəbbüslərini icra edib. Bundan əlavə könüllülük müddətində o, həmçinin Estoniya mədəniyyəti, tarixi və dili ilə bağlı müxtəlif növ tədbirlərdə də iştirak edib.

Qeyd edək ki, Birliyimiz uzun illərdir ki, Avropa Həmrəylik Korpusu (əvvəlki adı ilə EVS) Proqramı çərçivəsində yerli gənclərimizin beynəlxalq könüllülük layihələrinə cəlb olunmalarını təmin edir.

AHK Proqramı Avropa Komissiyasının Erasmus+ Gənclər Proqramı tərəfindən maliyyələşdirilir.

Hörmətlə,

 

Şamil Möyləyev

 

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü" Gənclər Birliyi


01.04.2021 21:41