"Gələcəyə Körpü"nün sayca 4-cü könüllüsü Macarıstanda könüllük proqramını uğurla yekunlaşdırıb.


"Gələcəyə Körpü" GİB-in könüllüsü Lalə İsmayılova Macarıstanda 2 aylıq ESC (Avropa Həmrəylik Korpusu) Proqramı çərçivəsində layihəsini yekunlaşdıraraq vətənə geri qayıdıb. Lalənin layihə haqqında yazdığı təəssüratlarını paylaşırıq: "Erasmus Mundus exchange tələbəsi, qisa müddətli ESC könüllüsü və uzun müddətli ESC könüllü olmağa hazırlaşan biri kimi bu yazını yazmağı özümə borc bildim. Əksəriyyətimiz universitet dövründə yaxud universiteti bitirdikdən sonra təcrübə qazanmaq və xarici dil, kompyuter bilikləri kimi müxtəlif bacarıqlar əldə etmək istəyirik. Bəzilərimiz də xarici ölkələrə səyahət etmək, yeni dostlar qazanmaq arzusunda olur. Bəs sizə bütün bunların hamısını birlikdə edə biləcəyiniz bir program olduğunu desəm?! Üstəlik, bunun üçün sizə cib xərcliyi ödənilir, gediş-gəliş biletləriniz alınır, qalmaq üçün yer və siğorta il təmin olunursunuz. Bundan yaxşı daha nə istəyirisiniz?

ESC yəni European Solidarity Corps, Avropa Birliyinin gənclər üçün öz ölkələrində və başqa ölkələrdəki layihələrdə könüllü olaraq işləmək fürsəti yaratdığı yeni təşəbbüsüdür. Layihlərdə iştirak etmək üçün 18-30 yaş aralığında olmalısınız. Layihələrin mövzusu müxtəlif olur. Bu haqda ESC-nin rəsmi səhifəsində daha ətraflı məlumat əldə edə bilərsiniz. Mən sözü çox uzatmayıb iştirak etdiyim layihə və təcrübəm haqqında qısaca danısmaq istəyirəm.

Yuxarıda da qeyd etdiyim kimi ilk ESC təcrübəm qısa müddətli idi. İki ay Macarıstanın Szeged şəhərində könüllü kimi “Talentum Alapítvány” qeyri-hökümət təşkilatında fəaliyyət göstərdim. Unutmamış qeyd edim edim ki, müraciət etmək üçün adətən iki sənəd kifayət edir: Tərcümeyi-hal (CV) və niyyət məktubu. Hər iki sənəd də çox vaxt ingilis dilində, bəzənsə müraciət etdyiniz ölkəninin dilində tələb olunur. Sənədləri göndərdikdən sonra “Hosting organization”-nın tələblərinə uyğun gəlsəniz müsahibəyə çağrılırsınız. Müsahibə mərhələsini də uğurla keçsəniz sənədləşdirmə işlərinə başlayırsınız. Bir vacib nüansı da qeyd etməliyəm ki, bütün bu prosesler ərzində ən böyük köməkçiniz “Sending organization” olur. Mən “Sending organization” kimi “Gələcəyə Körpü”nün seçdim və layihə müddətində həmişə mənə dəstək oldular. 

Şablon sözlər yazmaq istəmirəm, amma Szegeddə keçirdiyim iki ay mənim üçün unudulmaz oldu. Bu vaxt ərzində əsas vəzifəm məktəblər, uşaq bağçaları, tələbə yataqxanları, kitabxanalar kimi müxtəlif təhsil ocaqlarını ziyarət edib Azərbaycan mədəniyyətini tanıtmaq idi. Bundan əlavə mədəniyyətimizi tanıtmaq üçün kilsələri, xəstəxanaları da ziyarət etdik. Bu tədbirlər ərzində Azərbaycanın tarixi, ədəbiyyatı, musiqisi, kino mədəniyyəti və s. kimi məlumatları verməklə yanaşı hər dəfə mətbəximizdən müxtəlif təamlar da hazırlamağa çalışdım. Tədbirlər Szeged, Hódmezővásárhely, Szentes, Mindszent, Algyő şəhərlərində həyata keçirildi. 

Təbii ki, layihə boyunca sadəcə işləmədim. Asudə vaxtlarımda Budapeşt, Vyana, Amsterdam, Frankfurt kimi şəhərləri gəzdim. Keçirdiyimiz tədbirlərdə bir çox yeni dostlar qazandım və birlikdə maraqlı vaxt keçirdik. 

Bir sözlə, ESC gələcəkdə nəvələrinizə danışa biləcəyiniz əla bir fürsətdir və hər birinizi bu fürsətdən yaralanmağa çağırıram."

   Qeyd edək ki, "Gələcəyə Körpü" 2012-ci ildən ölkədə EVS Proqramı üzrə rəsmi akkreditə olunmuş təşkilatlardan biri olaraq fəaliyyət göstərir.  Hazırda EVS Proqramı ESC - yəni (Avropa Həmrəylik Korpusu) Proqramı adı altında müəyyən dəyişikliklər edilərək xidmət göstərir. 

 


22.07.2019 18:44