Gəncə şəhərində Gənclər Fondunun maliyyə dəstəyi ilə yeni layihə həyata keçirildi


       “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində 05.10.2017-05.02.2018 tarixlərini əhatə edən,   "Gənclərin sahibkarlıq fəaliyyətlərinin təşviq edilməsi" adlı layihə çərçivəsində təlimlər həyata keçirildi.

Layihənin əsas  məqsədi - Gəncə şəhər və ətraf regionlarda yaşayan gənclər üçün   müvafiq mövzularda təlimlər həyata keçirmək  və Dəyirmi Masa vasitəsilə sahibkarlıq və biznes sahələrində bilik və bacarıqlarını artırmaq, eləcə də sahibkarlıq fəaliyyətlərinə fəal şəkildə cəlb olunmalarını təmin etməkdir.

Layihə regionda yaşayan gənclərin sahibkarlıq və biznes fəaliyyətlərinə cəlb olunmalarından, düzgün marketinq və reklam strategiyaları qurmaq bacarıqlarının  inkişaf etdirilməsindən bəhs edir. Layihə çərçivəsində seçilmiş iştirakçı gənclərə  mükəmməl biznes plan yazılması, biznesin inkişaf etdirilməsi, sahibkarlıq assosiasiyalarının yaradılması, şəbəkələşmə və qərarqəbuletmə, StartUp kimi mövzularda təlimlər keçirildi.

Qeyd edək ki, təlimlər mərhələsindən sonra yekun olaraq sahibkarlıq mövzusunda Gəncədə fəaliyyət göstərən sahibkarların və təlim məzunlarının iştirakı ilə Dəyirmi Masa həyata keçiriləcəkdir.

 

Hörmətlə,

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator


07.12.2017 14:41