Gəncə şəhərində gənclər sosial sahibkarlıq mövzusunda maarifləndiriliblər.



29 noyabr, 2019-cu il tarixində Gəncə şəhər Gənclər Evində "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı iləBUTA Art & Sweets-in və Sosial Biznes Gənclər Mərkəzinin rəhbəri Sara Rəcəbli ilə gənclərin "Sosial Sahibkarlıq" mövzusunda görüşü baş tutdu.

 

Tədbirdə gənc sosial sahibkar Sara gənclərə sosial sahibkarlığıntarixindən, dünyanın müxtəlif yerlərində alınan uğurlu sosialsahibkarlıq layihələrindən və öz layihə təşəbbüsündən söhbətaçdı. İştirakçılarla icra edilən praktiki məşğələdə onların mövzu üzrə bilikləri və düşüncələri öyrənildi. 

 

Tədbirdə iştirakçılara Gənclər Evinin fəaliyyətləri və göstərdiyi xidmətlər barədə də ətraflı məlumat verildi.


30.11.2019 12:11