Gəncə şəhərində "Region gəncləri üçün sahibkarlıq fəaliyyətlərinin inkişaf perspektivləri" adlı DƏYİRMİ MASA təşkil edilib.


21 yanvar 2018-ci il tarixində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində 4 ay müddətində həyata keçirilən "Gənclərin sahibkarlıq fəaliyyətlərinin təşviq edilməsi" layihəsi çərçivəsində "Region gəncləri üçün sahibkarlıq fəaliyyətlərinin inkişaf perspektivləri" adlı DƏYİRMİ MASA  təşkil olundu.

            Açılışı "Gələcəyə Körpü" GİB-nin idarə heyətinin üzvü, sahibkar və tədbirin moderatoru -  Elvin Nəbiyev etdi. Daha sonra  layihə koordinatoru  Birliyin icraçı direktoru Hüseynxan Hacızadə tədbir iştirakçılarını salamladı. Tədbirin rəsmi hissəsində Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi - Müşfiq Cəfərov, Azərbaycan Sahibkarlarının Milli Konfederasiyasının  Regional Nümayəndəliyinin rəhbəri - Afina Babayeva, "Azərbaycan Sahibkar Qadınlar" İB-nin nümayəndəsi - Elnarə Ələkbərli və "Gələcəyə Körpü" GİB-nin sədri - Seymur Vəliyev çıxış etdilər.

            Gəncə şəhərində həyata keçirilən görüşün məqsədi region və Gəncədə fəaliyyət göstərən kiçik və orta sahibkarlarla görüşmək, prioritet məsələləri müzakirə etmək, yaranmış suallara cavab vermək,  Dəyirmi Masa vasitəsilə gənclərin  sahibkarlıq və biznes sahələrində bilik və bacarıqlarını artırmaq, eləcə də sahibkarlıq fəaliyyətlərinə fəal şəkildə cəlb olunmalarını təmin etmək idi.  Yekunda gənclərin və Gəncə sahibkarlarının sualları cavablandırıldı.

 

 

Hörmətlə,

 

Təhminə Quliyeva

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator


22.01.2018 18:26