Gəncə şəhərində uşaq və yeniyetmələr üçün internet təhlükəsizliyindən bəhs edən layihə icra olunacaq.


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Gəncə şəhərində “Uşaq və yeniyetmələrin internet informasiya resurslarının zərərli təsirlərindən qorunması ilə bağlı maarifləndirilmənin aparılması” layihəsinə start verdi.

​Layihənin əsas məqsədi uşaq evləri və gimnaziyalarda təhsil alan uşaq və yeniyetmələrə internet və onun təhlükəsizliyi haqqında məlumat vermək və onları bu mövzuda maarifləndirməkdir.

​Layihə çərçivəsində Gəncə şəhərində yerləşən 4 müəssisənin (uşaq evləri və gimnaziyalar) hər birində 2 gün olmaqla seminarlar həyata keçiriləcək. Seminarlarda uşaq və yeniyetmələrə internet təhlükəsizliyi, internetdən istifadə qaydaları və internetin zərərli təsirlərində qorunma üsulları barədə məlumat veriləcək.

Layihənin ümumi müddəti 4 aydır. 

 

Hörmətlə,

 

Şamil Möyləyev 

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü" Gənclər Birliyi


04.09.2019 15:45