Gəncə Avropa Gənclər Paytaxtı 2016-ya doğru


Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci il 7 iyul tarixində imzalanmış Sərəncamla "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının müvafiq bəndinə əsasən proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin "Gənclər Paytaxtı" elan edilməsi nəzərdə tutulub. "Gənclər Paytaxtı"nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir.

Məlum olduğu kimi 2012-ci il üzrə Azərbaycan Gənclər Paytaxtı Gəncə şəhəri seçilmişdir.Bu müddət ərzində şəhərimizdə çoxsaylı yerli və beynəlxalq tədbirlər həyata keçirilimşdir.

Artıq hədəfimiz Avropa Gənclər Paytaxtı olmaqdır!!!

Gəncə şəhəri 2016-cı il üçün Avropa Gənclər Paytaxtı olmasına real namizədliyini irəli sürüb və hər biz Azərbaycan gəncindən dəstək gözləyir.https://www.facebook.com/SupportGanja?ref=ts&fref=ts

Bunun üçün 27 yanvar 2013-cü il tarixində Avropadan gəlmiş qonaqlarla birlikdə şəhər gənclərinin görüşü olacaqdır.Bu görüşdə "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin bütün üzv və könüllüləri iştirak edə biləcəklər.

İştirak etmək üçün qeydiyyat:

Təbriz Rzayev

+994 55 428 59 79

tebriz.rzayev@gmail.com

İctimaiyyətlə Əlaqlər üzrə Koordinator

"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi


22.01.2013 14:43