Son xəbərlər →
Elanlar →
Gəncədə “Əylənsən, vaxt sənindir!” adlı festival həyata keçirilib.
19 mart 2019-cu il tarixində Gəncə şəhərinin mərkəzi meydanında “Novruz şəhərciyi”ndə Azərbaycan Gənclər Fondunun və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı, Kəpəz TV və Kəpəz FM-in əməkdaşlığı ilə“Əylənsən, vaxt sənindir!” adlı festival keçirilib.
Festivalın keçirilməsində əsas məqsəd istedadı olan tələbə və gənclərin bacarıqlarının aşkar olunması, eyni zamanda onların tanıdılmasını təmin etməkdir.
350-yə yaxın gəncin iştirak etdiyi festivalda “İstedad səhnəsi” adlı hissədə həvəskar gənc musiqiçilər öz bacarıqlarını nümayiş etdirib. Daha sonra viktorinalar və hədiyyəli oyunlar baş tutub.
Qeyd edək ki, “ƏylənSƏN – vaxt səninir!” proqramı silsiləli şəkildə bir neçə ay davam edəcəkdir.
Hörmətlə,
Şamil Möyləyev
İctimaiyyətlə Əlaqələr üzrə Koordinator
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi”