Gəncədə “ƏylənSƏN-vaxt sənindir” adlı yaz festivalı həyata keçirilir.


15-19 may 2019-cu il tarixlərində Gəncə şəhəri Gənclər Evinin qarşısında Azərbaycan Gənclər Fondu və “Gələcəyə Körpü” Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “ƏylənSƏN-vaxt sənindir!” adlı yaz festivalı həyata keçirilir.

Proqramın keçirilməsində əsas məqsəd istedadı olan tələbə və gənclərin bacarıqlarının aşkar olunması və tanıdılmasını təmin etməkdir.

100-lərlə gəncin iştirakı ilə planlaşdırılan festivalda gənclərirəng festivalı, su oyunları, incəsənət fləşmob, həvəskar musiqiçilərin talant nümayişi və musiqili hissə gözləyir. 

Qeyd edək ki, festival Gəncə şəhəri Gənclər Evi, "Art Garden Ganja" layihəsi və ARB Kəpəz-in birgə əməkdaşlığı ilə icra olunur. 

 

Hörmətlə,

 

Şamil Möyləyev

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər Birliyi


16.05.2019 15:41