Gəncədə “HEPATİT C ilə mübarizə” adlı layihə həyata keçirləcəkdir.


Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), Milli Demokratiya İnsitutunun(NDİ) maliyyə dəstəyi ilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin “Gənc Liderlər Akademiyası” adlı layihəsinin iştirakçısını növbəti layihəsini donorlara təqdim edərək, layihəsini həyata keçirmək şansı qazanmışdır.

“Gənc Liderlər Akademiyası” layihəsinin aktiv iştirakçılarından Samir Əhmədov və Yeganə Müsəllimova “HEPATİT C ilə mübarizə” adlı marifləndirmə layihəsi həyata keçirdəcəkdir. Layihəyə həmçinin Gəncə Diaqnostika Mərkəzi dəstək verir. 3 gün müddətində davam edəcək layihədə 20 gənc Gəncə Diaqdostika mərkəzində pulsuz hepatit C ilə mübarizəyə qarşı müayinəsi olunacaq.

500 marifləndirmə bukleti şəhər sakinlərinə paylanılacaq və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ofisində Hepatit C virusu ilə bağlı məlumat və qorunmayolları haqqında seminar təşkil onunacaq.Layihədən bir başa və dolayısı yolu ile 2000 nəfər mariflənəcək.

Layihə Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), Milli Demokratiya İnsitutunun (NDİ) maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.


04.12.2012 14:53