Gəncədə “Məşğulluq və Sahibkarlıq Resurs Mərkəzi” adlı layihə həyata keçirilir.


Gəncə şəhərində - Azərbaycan Texnologiya Universitetində “Məşğulluq və Sahibkarlıq Resurs Mərkəzi” adlı layihə həyata keçirilir.

Layihənin məqsədi tələbələri müvafiq mövzularda maarifləndirmək, onların ictimai siyasətinin formalaşmasında, işaxtarma yolları və s. mövzularda məlumatlandırmaqdır.

Layihə çərçivəsində universitetin 18-29 yaş arası tələbələrinə aylıq olmaqla CV və motivasiyaməktublarının yazılması, iş müsahibələrində davranış və hazırlıq, qadın sahibkarlığı, biznes planın yazılması və s. mövzularda təlimlər həyata keçirilir.

Qeyd edək ki, 1 il müddətində davam edəcək layihə Avstraliyanın Ankarada yerləşən səfirliyi tərəfindən dəstəklənir. .

Hörmətlə, 

Şamil Möyləyev

 

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü" Gənclər Birliyi


22.06.2019 09:16