Gəncədə "Region şagirdləri arasında peşə təhsili sahəsinin təbliği" layihəsi həyata keçiriləcək.


Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində "Region şagirdləri arasında peşə təhsili sahəsinin təbliği" layihəsi həyata keçiriləcək. 

Layihənin məqsədi - Gəncə şəhərində orta ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə və gənclərin peşə təhsilinə maraqlarının artırılması və bu prioritet sahənin icra ediləcək fəaliyyətlər vasitəsilə layihənin hədəf qrupuna effektiv şəkildə aşılanmasıdır. 

Layihə 4 ay müddətində davam edəcək.

Layihənin ideyası Gəncə şəhərində ümumtəhsil orta məktəblərində təhsil alan şagirdlərə peşə təhsili və təlimi sistemini təbliğ etmək, marağı olan iştirakçı şagird qrupunun peşə təhsili mərkəzlərinə öyrənmə səfərini təşkil etməklə bu sahənin potensial perspektivləri haqqında onları birbaşa maarifləndirməkdir.

Layihə çərçivəsində açılış tədbiri və 200 nəfər şagirdi əhatə edən peşə təhsili ilə bağlı 10 məlumatlandırıcı sessiya həyata keçiriləcək. Açılış tədbiri layihəyə cəlb olunacaq  ümümtəhsil məktəbləri-peşə təhsil mərkəzləri-özəl sektor müəssisələri arasında sinerji yaratmaq, o cümlədən onlar arasında potensial əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

 


04.03.2022 10:48