Gənclər üçün Türkiyədə Təhsil İmkanları Seminarı Təşkil Olunub


 "Qafqazlı gənclərin arzusu" adlı - Erasmus+   Proqramı çərçivəsində “Gələcəyə Körpü’’ Gənclər İctimai Birliyində EVS fəaliyyətinə başlayan Sertac Erkən tərəfindən 17 Aprel tarixində “Türkiyədə Təhsil İmkanları” adlı seminar təşkil olunub.

Seminar çərçivəsində gənclərə Türkiyədə bakalavr təhsili, Türkiyədə yaşam xərcləri, Türkiyənin dövlət və özəl universitetlərində təhsil haqları, Türkiyənin dövlət və özəl universitetlərinə qəbul şərtləri, Türkiyədə təqaüdlü təhsil imkanları, Türkiyədə magistratura təhsili barədə məlumat verilib.

Avropa Komissiyasi tərəfindən maliyyələşdirilən 2017-ci ilin mart – may aylarını əhatə edən layihə nəticəsində 3 nəfər türkiyəli gənc Birliyin fəaliyyətlərinə cəlb olunublar.

“Gələcəyə Körpü” 2012-ci ildən etibarən qoşulduğu proqram çərçivəsində həm könüllünü göndərən, həm də qəbul edən təşkilat olaraq Avropa Komissiyasında müvafiq akkreditasiyadan keçib. İndiyə qədər 4 Alman gəncini qəbul edib və hazırda 1 Alman və 3 Türk gəncinə ev sahibliyi etməkdədir. Göndərən təşkilat olaraq isə Avropanın 10-a yaxın ölkəsinə 30-a yaxın yerli gənci qısa və uzunmüddətli EVS layihələrinə göndərən təşkilat olaraq çıxış edib.

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi


19.04.2017 17:27