Gənclərimiz “Gənclər işində keyfiyyətin artırılması üçün təlim kursu” adlı layihədə iştirak ediblər


10-16 sentyabr tarixlərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin fəalları Türkiyənin Kayseri şəhərində Erasmus+ Proqramı çərçivəsində  həyata keçirilən “Gənclər işində keyfiyyətin artırılması üçün təlim kursu” adlı beynəlxalq layihədə ölkəmizi və  Birliyimizi təmsil ediblər.

Təlim kursunun məqsədi iştirakçıların bilik, bacarıq və qlobal gənclər işində motivasiyasını inkişaf etdirmək, təşkilatları və ölkələrində mövcud reallıqlara uyğunlaşdırmış idarə üsullarını təkmilləşdirmək, bununla bərabər iştirakçılara yeni əməkdaşlıq strategiyasının qurulması üçün imkanlar yaradılıb. Təlim kursunun sonunda iştirakçılara QHT-də iştirak və vətəndaş cəmiyyətində çalışmaq üçün layihənin idarə edilməsi, kampaniya strategiyaları, komanda işi, fandreyzinq haqqında məlumat verilib.

 Erasmus Proqramı çərçivəsində gənclər üçün layihələrin keyfiyyətinin artırılmasında təcrübəli gənc liderlərə dəstək vermək, daha yaxşı gənclər mübadiləsinin, müxtəlif mərhələlərini təşkil etmək üçün, onların layihə idarəetmə səlahiyyətlərinin (bilik, bacarıq) təkmilləşdirilməsi layihənin vəzifələrindəndir.

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi



17.09.2014 13:53