Gənclərimiz “İsrafçılığı birlikdə dayandıraq” adlı Beynəlxalq Tədbirdə


           “İsrafçılığı birlikdə dayandıraq” adlı Beynəlxalq layihədə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Ölkəmiz 6 nəfər könüllümüz tərəfindən təmsil olunur. 28 oktyabr – 4 noyabr 2015–ci il tarixlərini əhatə edən Türkiyənin Aksaray şəhərində baş tutan layihədə Azərbaycanla bərabər Xorvatiya, Çexiya, Gürcüstan, Makedoniyadan olan nümayəndələr də iştirak edib.

          Layihənin Mövzusu israfçılıq haqqındadır, gündəlik həyatımızın hər sahəsində qeyri–ixtiyari olaraq bütün nemətlərdən istifadə edirik və israfçılıqla qarşılaşırıq. Məqsəd layihə iştirakçılarını mövzu haqqında qeyri – formal öyrənmə üsulu vasitəsilə maarifləndimək, israfçılığın səbəbləri, azaldılması yolları, bu fəaliyyətlərin praktikada tətbiqi, valideyinlərin və müəllimlərin bu sahədə vəzifələrinin nə olduğunu müəyyən etmək və öz ölkələrində təbliğ etməkdi.

          Açıq hava və otaq şəraitindəki fəaliyyətlərlə yanaşı seminarlar, mühazirələr, qrup işləri və sosial fəaliyyətlər təşkil olunur.

 

 

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

 “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 


11.11.2015 13:05