Gənclərimiz Beynəlxalq Layihədə iştirak edirlər


 “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin üzvləri Fransada – 10 -19 Dekabr tarixlərini əhatə edən, ERASMUS+ proqramı çərçivəsində “Gənclər sağlam həyat tərzinin təbliğində” adlı Beynəlxalq layihədə ölkəmizi təmsil edirlər. 

10 ölkədən 30 gənci bir araya toplayan layihəyə idmanla maraqlanan, videoqrafiya ilə işləməyi bacaran, ictimaiyyətin diqqətini sağlam həyat tərzinə yönəltmək üçün öz işlərində fəal olan gənclər cəlb olunublar.

Beynəlxalq təlim kursunun məqsədi layihə zamanı öyrəniləcək olan video üsullar vasitəsilə qısa videolar hazırlayaraq sağlam həyat tərzini təbliğ etməkdi. Hazırlanmış videolar media kanallarında yayımlanacaq, təlimin sonunda Fransanın mərkəzində Lille şəhərində iştirakçılar tərəfindən sağlam həyat tərzini təbliğ etmək üçün flashmob təşkil olunacaq.

 


Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 

 

 


16.12.2014 15:20