Gənclərimiz Bolqarıstanda AKX (EVS) proqramı çərçivəsində fəaliyyət göstərirlər


Avropa Könüllülük Xidməti (AKX) proqramı çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin üzvləri  20 sentyabr –5 noyabr 2014-cü il tarixlərində Bolqarıstanın Veliki Preslav şəhərində Açıq Səma Fondu adlanan yerli təşkilatda könüllük fəaliyyətinə  başladılar.

Könüllülük müddətində gənclər arxeoloji komplekslərdə arxeoloji fəaliyyətlərə cəlb olunaraq, mədəniyyətlərarası əməkdaşlığı öyrənəcək, həmdə yerli təşkilat tərəfindən təşkil olunan müxtəlif işlərə, o cümlədən yerli könüllülərlə birgə fəaliyyətlərə cəlb olunacaqlar. Layihə müddətində könüllü gənclərimiz əldə etdikləri təcrübələrini blog yazıları vasitəsilə digər gənclərlə bölüşəcək, mədəniyyətimiz və tariximiz haqqında Bolqar gənclərinə məlumat verəcəklər.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Azərbaycanda Avropa Könüllülük Xidməti(EVS) proqramı üzrə akreditasiyadan keçmiş ilk təşkilatlardan biridir. Proqrama əsasən Birlik həm beynəlxalq könüllüləri qəbul edə (host), həm də yerli könüllüləri sözü gedən proqrama göndərə bilər (sending).

Qeyd olunan layihə Avropa Komissiyasının proqramı olan Avropa Könüllülük Xidməti və Bolqarıstanın Açıq Səma Fondu adlı yerli təşkilat tərəfindən maliyyələşdirilir. Məqsəd gənclər arasında könüllü fəaliyyəti təbliğ etmək, mədəniyyətlərarsı əməkdaşlıq yaratmaq və təcrübələri bölüşməkdi.

 



Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 

 


07.10.2014 13:53