Gənclərin “SOS Könüllülük Proqramı” davam edir



“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Gəncə SOS  uşaq kəndlərinin tərəfdaşlığı ilə Gəncə şəhərində 11 iyul – 5 sentyabr 2016- cil il tarixlərini əhatə edən “SOS Könüllülük Proqramı” həyata keçirilir.

Proqramın məqsədi uşaqların yay tətilini səmərəli təşkil etmək və onlara komanda da işləmək bacarığının aşılanması, dünyagörüşlərinin artırılması üçün faydalı olacaq məlumatlar verməkdir.

Könüllü gənclər isə qruplarla işləmə, təşkil etmə və idarəetmə, liderlik bacarıqlarının kəşf olunması və inkişaf etdirilməsi üçün şərait yaradılır.

Uşaqların inkişafına istiqamətlənmiş proqram müddətində könüllülərdən ibarət olan  4 qrup, hər qrupda 5 nəfər olmaqla, gənclər həftənin 3 günü saat 18:00-dan 19:30-dək təşkil olunur. Qeyri – formal öyrənmə üsullarına əsaslanan proqram uşaqların əylənərək öyrənməsini təmin edir.

 

 

Hörmətlə,

Sevinc Məmmədova

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

 

 


29.07.2016 17:53