Gənclərin Mübadiləsi və Anlaşması Şəbəkəsi üzv təşkilatların nümayəndələrini bir araya toplayır


Litvanın Kaunas şəhərində Gənclərin Mübadiləsi və Anlaşması Şəbəkəsi (GMA) (Youth for Exchange and Understanding-YEU) üzv təşkilatların nümayəndələrini “Gender Əsaslı Zorakılığa yox deyək! adlı beynəlxalq layihə çərçivəsində bir araya toplayır.

9-16 fevral 2015-ci il tarixlərini əhatə edən layihədə ölkəmizi “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin üzvü Təbriz Rzayev və Yeganə Şirinova təmsil edir.

Gender Əsaslı Zorakılıq bu gündə dünyanın bütün ölkələrində mövcuddur. Yaş, mədəniyyət, sosial-iqtisadi vəziyyəti, təhsil səviyyəsi və vətəndaşlıq ilə heç bir əlaqəsi yoxdur, o cümlədən gender kapitalına qarşı çox ciddi maneə olaraq qalır və insan hüquqlarının pozuntusu kimi tanınır.

Layihənin məqsədi tərəfdaşlar arasında gender zorakılığına qarşı müxtəlif təcrübə və halları bölüşmək, gender zorakılığını anlamaq və onun qarşısını almaq üçün yerli və  milli səviyyədə fəaliyyət planları hazırlamaqdı. Gələcəkdə təlimin nəticəsi olaraq fəliyyətlərdən bəhs edən nəşr yaradılacaq.

20  ölkənin nümayəndəsinin iştirak etdiyi layihə müxtəlif ölkələrin, mədəniyyət və adət-ənənələri arasında tolerantlıq yaratmaq, məlumatlılığı artırmaq, dünya gəncləri arasında sülh və əməkdaşlığı inkişaf etdirmək məqsədilə yaradılan YEU tərəfindən maliyyələşdirilir.

 

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 


14.02.2015 12:47