Gənclərin Resurs Mərkəzi aylıq fəaliyyətlərə start verib.


"Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin Erasmus+ Proqramı Açar Fəaliyyət (KA 2) çərçivəsində icra etdiyi "Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi" layihəsi çərçivəsində aylıq fəaliyyətlərə start verilib.

 

Gənclərin Resurs Mərkəzi - gənclərin iştirakı ilə icma inkişafı və sahibkarlıq təhsili istiqamətləri üzrə fəaliyyət göstərir. İyul ayı üçün seçilən iştirakçılara davamlı olaraq hər iki istiqaməti əhatə edən - liderlik, ictimai vəkillik, icma quruculuğunda gənclərin rolu, layihələrin yazılması və idarə edilməsi, sahibkarlıq fəaliyyəti, biznes quruculuğu (rəsmiləşdirilməsi), biznes planın hazırlanması və digər mövzuları tədris ediləcəkdir. İstiqamətlər öz sahələrində peşəkar olan ekspertlər tərəfindən icra olunur.

 

Aylıq fəaliyyətlərin icrası 8 ay müddətində davam edəcək. Fəaliyyətlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin birgə təşkilatçılığı, ASAN Könüllülük Məktəbinin əməkdaşlığı ilə həyata keçirilir.

Qeyd edək ki, Resurs Mərkəzi Azərbaycan Texnologiya Universitetində yerləşir.


23.08.2021 23:35