Gənclərlə növbəti görüş təşkil olundu


1 sentyabr tarixində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində baş katib Seymur Vəliyevlə könüllülərin və Birliyə yeni üzv olmuş gənclərin görüşü təşkil olundu.

Görüşdə Seymur Vəliyev çıxış edərək yeni üzvlərə fəaliyyətlərimiz haqqında görülmüş və görüləcək işlər haqqında məlumat verdi, eyni zamanda onların təklif və istəklərini dinlədi, gələcək fəaliyyətlərdə nəzərə alınacağını qeyd etdi.

Sonda Avqust ayının fəalları açıqlandı. Avqust ayı müddətində davamlı fəaliyyətinə və daha çox gənci öz fəaliyyətlərinə cəlb etdiklərinə görə Psixologiya Klubuna “Ayın Fəal klubu” və İngilis dili Danışıq klubunun rəhbəri Rövşən Hüseynova isə “Ayın Fəal Gənci” nominasiyaları üzrə sertifikatlar təqdim olundu.

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 

 


02.09.2014 12:53