İqtisadiyyat Klubunun növbəti seminarı “Bank sistemi və Mərkəzi Bank”


12 aprel tarixində kredit mütəxəssisi Sərvan İsmayılovla "Bank sistemi və Mərkəzi Bank" mövzusunda “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin İqtisadiyyat klubunda növbəti seminar  təşkil olundu.

 Mövzu ilə əlaqədar Bank sahəsində fəaliyyət göstərən ekspert Sərvan İsmayılov Bank sektoru üzrə gənclərə məlumat verdi. Gənclərin bu sahədə çalışmaları üçün banklar nələri tələb edir kimi suallara aydınlıq gətirdi.

 İqtisadiyyat klubunun rəhbəri Adil Məmmədov Bank işinin yaranması və inkişaf tarixi, Dünya bank sisteminin xüssusiyyətləri, Mərkəzi bankın təşkili formaları və funksiyaları haqqında çıxış etdi.

İqtisadiyyat klubu ayda bir dəfə ekspert qonaqların iştirakı ilə gəncləri maraqlandıran mövzulardan ibarət seminarlar təşkil edir.

 Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi


14.04.2014 14:33