"Make your own project! - Öz layihəni yarat!" layihəsi başa çatıb


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun IV qrant müsabiqəsində C kateqoriyası üzrə qalib olan 04-07 Mart, 2014-cü il tarixlərində icra olunan "Make your own project! - Öz layihəni yarat!" layihəsi yekunlaşıb. 
15 nəfər gəncin birbaşa yararlandığı və  4 gün müddətində layihələrin yazılması və idarə olunması mövzusunda baş tutan təlimlərdə iştirakçılar, qeyri-formal təhsil  üsulları ilə, layihə hazırlanmasında vacib faktorlar hesab olunan – problemin qoyuluşu, məqsəd, vəzifə, davamlılıq anlayışları, icra planı və büdcə formalarının hazırlanması ilə tanış olublar. Təlim çərçivəsində gənclər, öyrəndikləri biliklər və təcrübəni tətbiq edərək öz ideyaları əsasında layihə hazırlayaraq, onların təqdimatlarını keçiriblər.
Layihənin keçirilməsində əsas məqsəd Gəncə şəhəri və ətraf rayonlardan  olan gəncləri bir araya toplamaqla onlara layihələrin yazılması və idarə olunması  barədə təlimlər keçərək onları maarifləndirmək, gələcəkdə öz fərdi layihələrini yazmaqda və həyata keçirmələrində yardımçı olmaqdır.
Hazırda regionda bu mövzuda bəzi gənclərin kifayət qədər məlumatları, təcrübələri yoxdur. Qeyd edək ki, təlimlərdə iştirak hüququ Gəncə şəhəri və ətraf rayonlardan olan, eləcə də bu sahədə təcrübəsi az, lakin həvəsi və maraqlı fikirləri ilə seçilən gənclər seçiliblər. 
Layihə sonunda təlim iştirakçıları sertifikatla təltif olundular.
Qeyd edək ki, "Öz layihəni yarat!" layihəsi Gəncə şəhərində, "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.



Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 


12.03.2014 23:58