May Ayının Fəalları elan olundu


"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi 8 iyun tarixində yeni könüllülər və üzvlərlə növbəti görüş həyata keçirdi. Görüşdə Birliyin Könüllülər üzrə Koordinatoru Cavid Kərimov çıxış edərək təşkilatın qarşıdakı fəaliyyət planı, yeni layihələr və bu günə kimi əldə edilmiş uğurlardan bəhs etdi.

Gənclərin  müxtəlif sualları cavablandırıldı, istək və təklifləri dinlənilərək, gələcəkdə həyata keçirilmələri nəzərə alındı. Sonda birlik tərəfindən hər ay həyata keçirilən  "Ayın Fəal klubu""Ayın Fəal gənci" nominasiyaları gənclərə təqdim edildi. 

"Fəal gənc" nominasiyası üzrə - Kənan Əsgərov və "Fəal klub" nominasyası üzrə isə Gitara klubunun rəhbəri Emil Mustafayev qalib adını qazandılar. Seçilən gənclər Birlik tərəfindən şəhadətnamə və Bakcell şirkəti tərəfindən isə müxtəlif hədiyyələr təqdim edildi.

Biz də Birlik olaraq qalibləri bir daha təbrik edir, onlara gələcək fəaliyyətlərində bol-bol uğurlar arzu edirik.

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

 

 


10.06.2014 15:17