Nümayəndəmiz Şərq Əməkdaşlığı Forumunda iştirak edib


    “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin İcraçı Direktoru Hüseynxan Hacızadə Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin təkibində Şərq Əməkdaşlığı Sammitində iştirak edib. Varşavada gəncləri maraqlandıran məsələlərə dair təşkil olunan Sammit 22- 23 İyun 2017 –ci il tarixlərində baş tutub.  

     Sayca  üçüncüsü həyata keçirilən konfransın öncəki görüşləri Litva (2013) və Latviyada (2015) sosial daxiletmə və gənclərin məşğulluq məsələri ilə bağlı keçirilib.

      Şərq Əməkdaşlıq Gənclər Forumunun məqsədləri: Ekspertiza və təcrübələr paylaşmaq, eləcə də gələcək əlaqə və əməkdaşlığa şərait yaratmaqla, yerli və transmilli layihələr daxilində Avropa birliyi ilə Şərq Əməkdaşlıq ölkələri arasında gənclik məsələləri və təhsillə bağlı dialoq və üstün əməkdaşlığı dərinləşdirmək; Ümumi problemləri müəyyən etmək, müzakirə etmək və bu problemlərin həllinə konkret fəaliyyətlər təklif etmək; 5ci Şərq Əməkdaşlıq Sammit Bəyannaməsini Noyabr 2017 Brusseldə (Belçika) imzalanmasına dəstək olmaq; Avropa Birliyini gənclər siyasəti 2018 - Inkişaf Postu, ətraf ölkələrin milli gənclər siyasəti istiqamətində məlumatlandırmaqdır.

     Sözü gedən Şərq Əməkdaşlıq Gənclər Forumu müddətində əsas tematik diqqət gənclərin xüsusiyyəti, aktiv vətəndaşlığı və qərar qəbuletmə prosesində onların maraqları olacaq və aşağıdakı perspektivlərdən araşdırılacaq:

·         Gənclər aktiv, tənqidi və məsuliyyətli vətəndaşlar kimi;

·         Gənclər və sahibkarlıq;

·         Bu gün gənclər və təhsil: rəsmi və qeyri-rəsmi formada

      İki günlük tədbir ərzində 300-ə yaxın iştirakçı – Şərq Əməkdaşlığı və 33 Avropa Birliyi Erasmus+ proqramına daxil olan Avropa ölkələrindən gənc liderlər, gənc işçilər və siyasətçilər daxil olmaqla – görüşüb və gənclərin xüsusiyyəti, aktiv vətəndaşlığı və qərar qəbuletmə prosesində onların maraqları barədə müzakirələr aparılıb.

 

Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator


24.06.2017 14:34