Polşanın Vrotslav şəhərində gəncimiz EVS layihəsində könüllük fəaliyyətini davam etdirir.


 “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi vasitəsilə Polşanın Vrotslav şəhərində uzun müddətli EVS (AKX)  Proqramı çərçivəsində könüllülük layihəsində iştirak edən yerli gəncimiz Dilşad Abdullayeva uğurla fəaliyyətlərini davam etdirir. Dilşad  bu müddət ərzində Birliyimizi və ölkəmizi beynəlxalq səviyyədə təmsil edir. 

      Layihənin əsas vəzifələri Vrotslav şəhərində 3-7 yaşlı uşaqlarla işləyərək müəllimlərin metodlarını mübadilə etmək, təhsil müəssisələrinin necə fəaliyyət göstərməsini aşkarlamaq, mədəniyyətlərarası mübadilə çərçivəsində ölkəmizi tanıtmaq, tarix və adətlərimizi təbliğ etməkdir. 

      Avropa Könüllülük Xidməti (AKX) Avropa Komissiyası çərçivəsində fəaliyyət göstərən 18-29 yaş arası gənclərin müxtəlif sahələr üzrə 2 aydan 1 ilədək müddətdə digər ölkələrdə könüllü olması üçün həyata keçirilən bir proqramdır. Proqram çəçivəsində könüllülər müxtəlif sahələrdə, məsələn: ekologiya və ətraf mühit, incəsənət və mədəniyyət, idman fəaliyyətləri və gənclərin vaxtının səmərəli təşkil edilməsi sahələrində ola bilər. Hər bir AKX layihəsinin 3 tərəfdaşı – könüllü, göndərən təşkilat və qəbul edən təşkilat olur. Könüllülər heç bir maddi qarşılıq olmadan maksimum 12 ay müddətdində fəaliyyətlərini davam etdirə bilərlər.

         Qeyd edək ki, "Gələcəyə Körpü" 2012-ci ildən ölkədə EVS Proqramı üzrə rəsmi akkreditə olunmuş təşkilatlardan biri olaraq fəaliyyət göstərir.  Hazırda EVS Proqramı ESC - yəni (Avropa Həmrəylik Korpusu) Proqramı adı altında müəyyən dəyişikliklər edilərək xidmət göstərir. 

 

Hörmətlə,

 

Şamil Möyləyev

 

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi”


04.03.2019 20:12