"Region şagirdləri arasında peşə təhsili sahəsinin təbliği" layihəsində məlumat sessiyalarına start verildi.


15 aprel, 2022-ci il tarixində Gəncə şəhər Gənclər Evində (Gəncə Gənclər Evi /Ganja Youth House) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icra edilən "Region şagirdləri arasında peşə təhsili sahəsinin təbliği" layihəsi çərçivəsində ilk məktəb üçün məlumat sessiyası baş tutdu.

Gəncə şəhəri 16 nömrəli orta məktəbin şagirdlərinin iştirak etdiyi ilk sessiyada - Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, peşə və ixtisas tələbləri, əmək bazarının tələbi, peşə seçiminin modeli və peşəyönümü bacarıqların qiymətləndirilməsi haqqında ətraflı məlumat verildi. Ekspert Maarif Quliyev tərəfindən iştirakçıların müvafiq sualları cavablandırıldı.

Qeyd edək ki, layihənin məqsədi - Gəncə şəhərində orta ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə və gənclərin peşə təhsilinə maraqlarının artırılması və bu prioritet sahənin icra ediləcək fəaliyyətlər vasitəsilə layihənin hədəf qrupuna effektiv şəkildə aşılanmasıdır.

Layihə çərçivəsində ümumilikdə Gəncə şəhərində yerləşən 10 orta ümumtəhsil məktəb şagirdləri üçün sessiyalar təşkil ediləcək. 


19.04.2022 16:31