"Region gənclərinin layihə ideya və təşəbbüslərinin artırılmasına dəstək" layihəsi yekunlaşıb.


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən "Region gənclərinin layihə ideya və təşəbbüslərinin artırılmasına dəstək" layihəsi başa çatıb.

Layihənin məqsədi Gəncə şəhəri, Samux və Göygöl rayonlarında yaşayan və ya təhsil alan gənclərin layihə hazırlanması və idarə edilməsi istiqamətində bilik və bacarıqlarının artırılması, o cümlədən öz ideyalarını praktik olaraq layihə formasına salmaqda onlara dəstək olmaqdır.


Məqsədə uyğun olaraq layihə çərçivəsində Gəncə şəhərində, Samux və Göygöl rayonlarında hər birində 2 gün olmaqla - İdeya və ideyanın formalaşdırılması", "Layihə nədir və necə hazırlanmalıdır", "Layihənin büdcə və icra planının hazırlanması" haqqında seminarlar həyata keçirilib. Gənclər sessiyalarda müvafiq mövzularda nəzəri və praktiki biliklərə yiyələniblər.  Sessiyalar komanda işi, təqdimat, müzakirə və digər qeyri-formal təhsil metodları əsasında təşkil olunub.   

06.05.2022 17:37