Regionda “Gənclər vətəndaş cəmiyyətinin əsas qurucuları kimi-2” xidmət təklifi icra olunur.


Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və  Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi - Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində Şəmkir və Göygöl rayonlarında “Gənclər vətəndaş cəmiyyətinin əsas qurucuları kimi-2” adlı xidmət təklifi həyata keçirilir. 

Xidmət təklifinin məqsədi Şəmkir və Göygöl rayonlarında yaşayan 16-29 yaşlı gənclərin müvafiq mövzular üzrə təlimatlandırma və maarifləndirməklə, onların qərarvermə prosesində və ictimai siyasətin formalaşmasında funksiya və rollarının artırılması və elektron məlumat bazaları, fəal vətəndaşlıq mövqeyi vasitələri haqqında məlumatlandırmaqdır.

Xidmət təklifi çərçivəsində hər rayonda 5 gün olmaqla 25 nəfər gəncə sosial sahibkarlıq və onun üstünlükləri, natiqlik, liderlik, maliyyə və büdcənin düzgün idarə edilməsi və s. mövzularda təlimlər həyata keçiriləcək.

Qeyd edək ki, xidmət təklifi Hüseynxan Hacızadə tərəfindən icra olunur.


05.07.2019 22:24