Sentyabr ayının fəalları müəyyən olundu


    Artıq ənənə halını almış Ayın fəalı müsabiqəsinin nəticələrini açıqlmaq və yeni təyin olunmuş Könüllülər Üzrə Koordinatoru gənclərə təqdim etmək məqsədilə 2 oktyabr tarixində baş katib Hakim Ələsgərovla gənclərin görüşü təşkil olundu.

     Ayın fəalı nominasıyası üzrə Tomas Eichman, Ayın Kreativ gənci Antje Pfeifer, Ayın fəal klubu Kayla Goodenun “İngilis dili Debat klubu” seçildi. Gənclərə "Bakcell"-dən maraqlı hədiyylər təqdim olundu.

    Əlavə məlumat olaraq qeyd edək ki, adı çəkilən Kayla Goode Amerikan Sülh Korpusunda könüllü çalışan Amerikalı, Tomas Eichman və Antje Pfeifer “Qafqazda fəal Vətəndaş” adlı Avropa Könüllülük Xidməti layihəsi çərçivəsində  Birliyin fəaliyyətinə cəlb olunan Almaniyalı gənclərdi.

    Bəhs olunan görüşdə yeni Könüllülər Üzrə Koordinator Cavid Kərimov gənclərə təqdim olundu. Qarşıda duran yeni vəzifələr haqqında müzakirələr aparıldı, gənclərin təklif və iradları dinlənildi. “Gəncə Avropa Gənclər Paytaxtı 2016” müsabiqəsilə bağlı yeni üzvlərə məlumat verildi.


Hörmətlə,

Sevinc Məmmədova

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi


03.10.2013 17:08