Sonuncu Gender Akademiyası və gələcək planlar


“Gənc Liderlər” TTİİB-in və “Gələcəyə Körpü” GİB-in birgə layihəsi olan Sonuncu 4-cü Gender Akademiyası təlimləri  22 - 27 Fevral tarixlərini əhatə edir  və hal-hazırda Oğuzda həyata keçirilən 30 nəfərin cəlb olunduğu tədbirdə iştirakçıların 20 nəfəri qadın 10 nəfəri  kişidir.

Gender Akademiyasında bir çox sessiyalar və müzakirələr aparılır. Bunlara “qadın siyasətdə”, “Gender məsələləri”, “İctimaiyyətlə əlaqələr”, “Bərabər hüquqluluq və insan haqları” kimi mövzular daxildir. Bu sessiyalara və müzakirələrə Azərbaycanın bir neçə tanınmış simaları və beynəlxalq dərəcəli ekspertlər də dəvət olunmuşlar. Gender Akademiyasının  əsas təlimçisi  və moderatoru Günel Səfərova - SOS Uşaq kəndləri proqram direktorudur.

Hazırda tədbir davam etməkdədir. Tədbir zamanı bütün iştirakçılar sosial şəbəkədə eyni adlı “Gender Akademiyası” qrupuna əlavə edilirlər və tədbirdə aparılan müzakirələr, maraqlı çıxış və ideyalar bu qrupda da öz əksini tapır. Bu layihə çərçivəsində yaradılmış www.genderacademy.info  internet səhifəsindən layihənin davamlılığı ilə bağlı məlumatları, video süjetləri, eyni zamanda foto şəkilləri izləmək olar

Bu Akademiyadan sonra proqram ərzində həyata keçirilmiş diger 3 Gender Akademiyasının iştirakşıları da daxil olmaqla ümumi 120 nəfər iştirakçı içərisindən 17 nəfər və 1 nəfər layihə koordinatoru Polşaya 1 həftə müddətində  təcrübə proqramı üçün seçiləcək. Seçimləri Akademiyanın əsas təlimşisi və layihənin rəhbəri ilə birgə seçəcəklər. Seçim prinsipləri iştirakçıların təlim müddəti və təlimdən sonrakı bu yönümlü fəaliyyətinə əsasən seçiləcək. Polşaya səfər aprel ayı üçün nəzərdə tutulur.

Gender Akademiyası adlı tədbir “Gənc Liderlər” Təlim Təhsil İnkişaf İctimai Birliyinin və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi ilə birgə həyata keçirdiyi “Azərbaycanda vətəndaş iştirakının artırılması üçün Qadın Mərkəzinin yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.

Layihə Birləşmiş Millətlər Təşkilatının Demokratiya Fondu tərəfindən maliyyələşdirilir və 2 il müddətində Azərbaycanda həyata keçiriləcəkdir.

Daha ətraflı məlumat almaq üçün Birliyin ofisinə müraciət edə bilərsiniz.

Hörmətlə:
Təbriz Rzayev
İctimaiyyətlə Əlaqələr üzrə Koordinator
"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi

CTRL + Q to Enable/Disable GoPhoto.it

24.02.2013 18:14

Fotoqalereya → Gender Akademiyası Oğuzda davam edir.