Türk könüllü EVS-lər ölkəmizdə fəaliyyətlərini uğurla başa vurdular.


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi GİB-də avqust-sentyabr aylarını əhatə edən (ERASMUS+ Proqramı çərçivəsində) Türkiyədən olan EVS könüllülər Ayhan Gorga, Salih Emeksiz və İrem Sezer 2 aylıq EVS könüllülük fəaliyyətlərini uğurla başa vurdular.

   Layihənin əsas məqsədi 2 ay ərzində mədəniyyətlər arası mübadiləni təmin etmək idi.

   Layihə çərçivəsində Ayhan Gorga “müzakirə klubunda”iştirak etdi, İrem Sezer “alman dili”dərsləri, Salih Emeksiz isə “ispan dili” dərsləri ilə fəaliyyət göstərdilər. Könüllülər “SOS uşaq kəndində” uşaqların asudə vaxtlarının səmərəli keçməsi üçün oyunlar oynadılar və s. fəaliyyətlərlə məşğul oldular.Əlavə olaraq  “2018 Hacıkənd yay düşərgəsi”ndə iştirak etdilər, “Gələcəyə Körpü”də “xaricdə təhsil”ilə bağlı seminar təşkil edib gəncləri öz bilik və təcrübələri ilə maarifləndirdilər.

   Nəticə etibarı ilə onlar öz fəaliyyətlərini uğurla başa vurdular.Gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Hörmətlə,

 Təhminə Quliyeva

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi



27.09.2018 18:21