Yeni ofisimizin açılışı oldu


2013-cü il fevral ayının 22-də "Gələcəyə Körpü" GİB-in yeni ofisinin açılış mərasimi baş tutdu.

Tədbiri giriş sözü ilə açan Birliyin həmtəsisçilərindən Müşviq Cəfərov və Baş Katib Hakim Ələsgərov yeni məkanın açılması zərurəti haqqında çıxış edərək bildirib ki, ofis əsasən vətəndaş cəmiyyətində gənclərin aktivliyi ,gənclərin inkişafı məqsədilə yaradılıb və burada gənclərin asudə vaxtının səmərəli təşkil etmək üçün hər bir şərait mövcud olduğunu bildirib.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gələcəyə Körpü" Gənclər İctimai Birliyini ən böyük layihələrindən olan "Gənclərin Məşğulluq və Resurs Mərkəzinin" yenidən fəaliyyətə başlanılması haqqında qonaqlara və gənclərə ətraflı məlumat verildi.Birliyin yeni ofisinin açılışına Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri cənab Riçard L. Morninqstar,Gəncə şəhər İcra Hakimiyyətinin birinci müavini Mikayıl Zeynalov  və altmış nəfərdən çox üzvlərimiz iştirak etdilər.Qonaqlar Birliyin işçi otaqları və işçiləri ilə yaxından tanış oldular.Təşkilatın 13 illik fəaliyyəti haqqında qısa təqdimat qonaqların diqqətinə çatdırıldı.Sonda isə cənab səfir Riçard L. Morninqstar yerli gənclərin suallarını cavablandıraraq hər zaman onlara dəstək olacaqlarını bildirdi.

Hörmətlə:

Təbriz Rzayev

İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi


22.02.2013 23:00