Son xəbərlər →
06.05.2022 - 17:37
30.09.2021 - 14:59
23.08.2021 - 23:35
Elanlar →
06.05.2017 - 15:55
05.03.2015 - 17:20
03.11.2014 - 18:51
05.08.2014 - 16:40
15.07.2014 - 14:41
25.09.2013 - 16:42
Yerli gənclər Erasmus+ beynəlxalq təlim kursunda iştirak ediblər.
"Gələcəyə Körpü" GİB-in nümayəndələri 17-25 Sentyabr, 2021-ci il tarixlərində Gürcüstanın Misaktsieli bölgəsində Erasmus+ Proqramı çərçivəsində icra olunan təlim kursunda iştirak ediblər. "Mədəniyyətlərin körpüsü" adlı mədəniyyətlərarası mübadilədən bəhs edən təlim kursunda 9 Aİ və qeyri-Aİ ölkələrindən olan gənclər iştirak ediblər.
Təlim kursunun məqsədi gəncləri mədəniyyətlərarası mübadiləni təşviq etməkdə, anlayış və tolerantlığın gənclər işi sahəsində yayılmasında onların bacarıq və biliklərini artırmaq, o cümlədən nəzəri və praktiki sessiyalarlar təcrübələrini artırmaq idi.
Layihə Erasmus+ Proqramı tərəfindən maliyyələşib və İCRP Budapeşt təşkilatı tərəfindən icra olunub.