Bütün xəbərlər →

Könüllülərlə görüş təşkil olundu5 fevral 2016-ci il tarixində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin üzv və könüllülərinin Birliyin sədri Seymur Vəliyev və koordinatorların iştirakı ilə yeni ildə ilk görüşü təşkil olundu. Görüşün təşkil olunmasında məqsəd yeni təyin olunmuş Könüllülər üzrə Koordinator Elnura Musazadəni gənclərimizə təqdim etmək, Birliyin yeni layihələri və yeni yaradılan klublar haqqında məlumat verməkdi. 05.02.2016 - 19:22
“Gələcəyə Körpü” və Yaponiyanın Azərbaycandakı səfirliyi Gəncə şəhərində yeni layihələrə imza atdı 30.01.2016 - 19:16
Birlik “Tariximizin izi ilə” adlı regionlararası gənclərin intellektual çempionatı təşkil etdi 11.11.2015 - 13:28
Gənclərimiz “İsrafçılığı birlikdə dayandıraq” adlı Beynəlxalq Tədbirdə 11.11.2015 - 13:05
"Gələcəyə Körpü" Fəalları Litvada 28.10.2015 - 18:17
Birlik “Tariximizin izi ilə” adlı regionlararası gənclərin intellektual çempionatı təşkil edir 23.10.2015 - 15:35
Gənclərimiz “Tolerantlıq Turu” çərçivəsində Balkan ölkələrində"Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin ölkəmizi təmsilən cəlb olunduğu və 14 müxtəlif region ölkələrinin də qatıldığı Balkan yarımadasında həyata keçirilən "Tolerantlıq Turu" layihəsi uğurla başa çatıb. Avropa Gənclər Fondu tərəfindən maliyyələşdirilən 4-14 oktyabr 2015-cil tarixlərini əhatə edən layihənin çərçivəsində iştirakçılar hazırladıqları performansları Kosova, Makedoniya, Serbiya, Bosniya və Herseqovina, Xorvatiyada təqdim ediblər. 15.10.2015 - 10:26
Birlik nümayəndələri Belçikada 17.09.2015 - 16:51
Beynəlxalq layihə çərçivəsində Gənclər bilik və təcrübələrini bölüşüblər 13.08.2015 - 18:00
Birlik Ruminyada təmsil olunubAvropa Komissiyasının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində həyata keçirilən “Gələcəyə Körpü”nün əməkdaş olduğu “Daha yaxşı gələcək üçün gənclərin qüvvətləndirilməsi” adlı Beynəlxalq layihədə Birliyi və Ölkəmizi CVcenter.az saytının administratoru Elvin Əliyev və 5 nəfər üzvümüz təmsil edib. 28 iyul – 6 avqust 2015-ci il tarixlərində Rumınyanın Arges şəhərində təşkil olunan layihə Azərbaycanla bərabər Ruminya, Bolqarıstan, Gürcüstan, Yunanıstan və Ukraynadan olan 37 gənci bir araya toplayıb. 08.08.2015 - 15:23
“Gələcəyə Körpü”, Samsung Electronics və “Better World” birgə Gəncə şəhərində beynəlxalq layihə həyata keçirdi"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi, Cənubi Koreya Respublikasından "Samsung" Şirkətinin Baş Ofisi və "Better World" Təşkilatının birgə əməkdaşlığı nəticəsində 25-31 İyul 2015-ci il tarixlərində Gəncə şəhərində "SAMSUNG Əməkdaşlarının Könüllülük Proqramı" adlı Beynəlxalq layihə həyata keçirilib. Layihə çərçivəsində Gəncə şəhər “İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziya”nın nəzdində “İKT Təhsil və Təlim Mərkəzi”, İT otağı yaradılıb və dəhlizi bərpa olunub. 31.07.2015 - 16:02
Daşkəsən rayonunun Xoşbulaq kəndində "İncəsənət təbiətin qorunmasında bir vasitə kimi" adlı beynəlxalq layihə həyata keçirildi21-29 İyun 2015-ci il tarixlərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Beynəlxalq Könüllülük Proqramı Departamenti tərəfindən "Art as a tool of caring nature" ("İncəsənət təbiətin qorunmasında bir vasitə kimi") adlı beynəlxalq düşərgə həyata keçirildi. Layihənin keçirilməsində məqsəd insanların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, gənclər arasında təbiətin qorunmasını təbliğ etmək idi. 30.06.2015 - 12:42
Ölkəmiz Kiprdə təmsil olunub15-22 iyun 2015-ci il tarixlərini əhatə edən Kiprin Nikosiya şəhərində baş tutan "Teatr - nifrət və anlaşılmazlığa qarşı bir vasitə kimi" adlı təlim kursu 12 ölkənin 24 fəal gəncini bir araya topladı. 25.06.2015 - 15:38
2016 Avropa Gənclər Paytaxtı çərçivəsində Gəncə şəhərində Beynəlxalq Layihə18-24 may 2015-ci il tarixlərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə 2016 Avropa Gənclər Paytaxtı çərçivəsində Gəncə şəhərində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsini dəstəyilə “Potensialını kəşf et-Gənclərin sosial işlərdə aktivliyi" adlı beynəlxalq layihə həyata keçirir. Erasmus+ Proqramı ilə həyata keçirilən layihə gənclərin siyasi, sosial, mədəni və iqtisadi həyatda aktiv iştirakına müsbət təsir edəcək amillərin inkişafına töhvə vermək üçün hədəflənib. Təlimin məqsədi yerli, milli və Avropa səviyyəsində gənc lider və təlimçilərin sayını artırmaq və onları yaşadıqları cəmiyyətin fəal üzvü olmasını təmin etmək, nəzəri bilik, bacarıq və dəyərlərin artırılması, yeni seminarlar, təlimlər və layihələrdə gənclərin rolunu artırmaq, daha geniş gənclər şəbəkəsi yaratmaq. Beynəlxalq layihədə Latviya, Danimarka, Rumıniya, Polşa, İtaliya, Almaniya, Hollandiya, Ukrayna, Belarus, Gürcüstan və Azərbaycandan 30-a yaxın gənc iştirak edir. 18.05.2015 - 15:31
Elçin Əfəndi Gəncə Gəncləri ilə görüşdü“Gənc Oxucular“ Klubunun təşkilatçılığı ilə 14 May tarixində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində gənc yazar Elçin Əfəndi ilə gənclərin görüşü təşkil olundu. Görüşün təşkil olunmasında məqsəd gəncləri yazıçı ilə yaxından tanış etmək, yazarın əsərləri ilə bağlı gənclərin suallarını cavablandırmaq. Gənclərə öz tövsiyyələrini verən yazıçı sonda “Antiterror” kitabını iştirakçılara hədiyyə etdi. Bir sıra şeirlərin, hekayələrin və hikmətli sözlərin müəllifi olan yazıçı hal-hazırda üç detektiv romanın "Baş tutmayan göndəriş", "Gizli Casus" və "Zəngin səfil" üzərində çalışır. “ANTİTERROR” adlı kriminal-detektiv romanı müəllifin çap olunmuş ilk kitabıdı, "Silinməyən izlər" adlı detektiv roman isə ikinci kitabıdır. 14.05.2015 - 19:29