Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsi ilk mərhələsi start götürüb.

Layihənin məqsədi regionda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bacarıq və biliklərinin artırılması, o cümlədən müvafiq vərdişlərinin formalaşdırılmasıdır.

Layihənin açılış hissəsində Millət vəkili – Pərvin Kərimzadə,”Gələcəyə Körpü” GİB-in idarə heyətinin üzvü Seymur Vəliyev və Azərbaycan Texnologiya Universitetinin İnnovasiya şöbəsinin müdiri Şamo Salayev çıxış edərək bu layihənin region universitetləri üçün əhəmiyyətini qeyd ediblər. Daha sonra təlimçi – Gülşən Bayramova tərəfindən ali təhsildə beynəlmiləlləşmə mövzusunda ilk təlim modulu təşkil edildi. Təlimdə ali təhsil müəssisələrinin beynəlmiləlləşmə strategiyaları, mövcud vəziyyətin təhlili kimi mövzular izah olunub və iştirakçılarla praktik məşğələlər həyata keçirildi.

Layihənin birinci mərhələsi olan təlim kursu fərqli regionlardan olan 6 ali təhsil müəssisəsinin ümumilikdə 20 nəfər potesial əməkdaşının iştirakı ilə Gəncə şəhərində davam edəcək.

Təlimlərdən sonrakı mərhələ olaraq isə 1 ay müddətində layihə ekspertləri tərəfindən universitet əməkdaşları üçün onlayn formatda mentorluq proqramı həyata keçiriləcək. Mentorluq proqramı əsasında əməkdaşlar artıq real layihə təkliflərini formalaşdırmaq üzərində işləyəcəklər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalib layihələrindən biridir.

Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan