“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi vasitəsilə daha bir yerli gəncimiz Lalə Mehdiyeva Latviyanın Rujiena şəhərində Jauniešu organizācija “Ligzda” təşkilatı tərəfindən həyata keçirilən uzunmüddətli Avropa Həmrəylik Korpusu (ESC) layihəsində iştirak edir.
Layihə çərçivəsində könüllümüz əsas etibarı ilə ahıl insanlarla birlikdə zaman keçirir, onların vaxtının səmərəli təşkili üçün davamlı fəaliyyətlər icra edir. Həmçinin ahıllar üçün xüsusi təşkil edilən mədəniyyət günlərində Azərbaycan milli mədəniyyətini və mətbəxini təqdim edir.
Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir.
Avropa Həmrəylik Korpusu Proqramı haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://europa.eu/youth/solidarity_en