Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Kənd gənclərinin çağdaş peşə sahələrinə inteqrasiyası” layihəsi həyata keçiriləcək. 

Layihənin məqsədi kəndlərdə yaşayan gənclər üçün müasir peşə və frilans iş imkanları ilə bağlı məlumatlığı təmin etmək və bu istiqamətdə elektron kitabça yaradaraq gənclər arasında geniş şəkildə maarifləndirmə işi aparmaqdır.

Layihə çərçivəsində müasir peşə sahələri və frilans iş imkanları ilə bağlı elektron kitabça hazırlanacaq. Kitabça “Gələcəyə Körpü” GİB-in rəsmi internet səhifəsində (www.bfngo.az) yerləşdiriləcək və hər kəsin bu məlumatlara ödənişsiz şəkildə əlçatanlığını təmin edəcək.

Daha sonra isə Göygöl, Samux, Daşkəsən, Qazax, Tovuz və Şəmkir rayonlarında yerləşən 6 orta məktəbdə, ümumilikdə 120 nəfər şagird üçün müasir peşə sahələri, rəqəmsal bacarıqlar, frilans iş metodu və həmçinin hazırlanacaq elektron kitabça barəsində məlumatlandırma sessiyaları təşkil ediləcək.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2024-cü il üzrə elan olunan qrant müsabiqəsinin qalib layihələrindən biridir.


Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan